Xüsusi icra məmurlarının hansı qərarları icra edə biləcəyi açıqlanıb
sizinxeber.az xəbər saytı

Xüsusi icra məmurlarının hansı qərarları icra edə biləcəyi açıqlanıb


Xüsusi icra məmurlarının hansı qərarları icra edə biləcəyi açıqlanıb.

Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi Vidadi Məmmədov Sizinxeber.az-ya müsahibəsində bildirib ki, xüsusi icra məmurları cinayət və inzibati xəta işləri, dövlət orqanlarının tərəf olduğu bəzi mübahisələr və uşağın mənafeyi ilə bağlı işlər istisna olmaqla, bütün digər qərarların icrasını həyata keçirə biləcəklər.
Vidadi Məmmədov qeyd edib ki, uşağın mənafeyi ilə bağlı olan işlərdən yalnız alimentlə əlaqədar qərarların icraatı xüsusi icra məmurlarına verilə biləcək: “Xüsusi icra məmurlarının fəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə pul tələbləri ilə bağlı işlərin də xüsusi icra məmurları tərəfindən icrası nəzərdə tutulub. Ən mühüm məqam odur ki, hazırkı dövrdə icra qurumlarında olan işlərin bir hissəsinin də tədricən xüsusi icra məmurlarına yönəldilməsi planlaşdırılır. Bu həm iş yükünü azaldacaq, həm də vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək”.

Oxşar xəbərlər

Xüsusi icra institutu 2026-cı ildən tətbiq ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə Nazirliyi xüsusi icra məmurlarının fəaliyyətə başlaması ilə bağlı məlumat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət qaydası müəyyənləşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda xüsusi icra məmurları fəaliyyətə başlayacaqlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xidmət rəisi: Xüsusi icra məmurları institutu məhkəmə qərarlarının icrasında effektivliyi artıracaq - MÜSAHİBƏ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər