Zakir Fərəcov veteran cüdoçunu Fəxri Fərmanla təltif edib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkə cüdosunun inkişafında əvəzsiz xidmətləri olan Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməddin Rəcəblini 80 illik yubileyi münasibətilə qəbul edib.
Bu barədə Sizinxeber.az-ya Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, görüş zamanı Zakir Fərəcov Əhməddin Rəcəblinin uzun illər ərzində Sumqayıtda idmanın, xüsusilə də cüdonun inkişafına göstərdiyi xidmətləri yüksək dəyərləndirib. O, yubilyarın yetişdirdiyi idmançıların həm ölkə, həm də beynəlxalq arenalarda qazandığı uğurların Sumqayıt idman tarixində mühüm yer tutduğunu qeyd edib.
Zakir Fərəcov Əhməddin Rəcəblini 80 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib.
Qeyd edək ki, Əhməddin Rəcəbli uzun illər məşqçi kimi fəaliyyət göstərərək yüzlərlə idmançının formalaşmasında mühüm rol oynayıb.
Oxşar xəbərlər
Zakir Fərəcov Sumqayıtda səyyar qəbul keçirib
Rəşad Nəbiyev veteran cüdoçu Əhməddin Rəcəbli ilə görüşüb
Sumqayıtda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman yarışı keçirilib
Sumqayıtda səyyar qəbullar davam edir
Zakir Fərəcov Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













