Bakı-Ələt-Hacıqabul avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılıb - FOTO
sizinxeber.az xəbər saytı

Bakı-Ələt-Hacıqabul avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılıb - FOTO


Bakı-Ələt-Hacıqabul avtomobil yolunda təmir işlərinə start verilməsi ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti 97-104-ci kilometrliyində məhdudlaşdırılıb.

Sizinxeber.az-nın Mil-Muğan bürosuun məlumatına görə, adı çəkilən magistral yolun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.

Ötən gündən başlayaraq BDYP-nin Nəvahi YPX-nin yaxınlığından Qazax istiqamətində yerləşən aralıqda asfalt yolunun qaşınması həyata keçirilir.

Həmin intervalda Bakı-Qazax istiqamətində yol tam bağlanıb. Yolun Qazax-Bakı istiqaməti hissəsində hərəkət ikitərəfli şəkildə həyata keçirilir.

Hərəkətin təhlükəsizliyini təmin etmək üçün avtoobillərin hərəkətini tənzimləyən bütün zəruri yol nişanları yerləşdirlib. Həmin intervalda sürət həddi 50 km/saata endirlib. BDYP təmir müddətində sürücüləri diqqətli olmağa çağırır.

Hərəkətin məhdudlaşdırılması yolda aparılan təmir işləri bitənədək qüvvədə olacaq.

Bakı-Ələt-Hacıqabul avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti aparılan təmir işlərindən asılı olaraq mərhələli şəkildə məhdudlaşdırılacaq.

Oxşar xəbərlər

Yol polisi Bakı-Ələt-Qazax yolunda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib
Bakı-Qazax yolunda avtomobillərin hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək
Bakı-Qazax yolunda avtomobillə hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq
BDYP: Bakı-Quba yolunda təmirlə əlaqədar məhdudiyyət tətbiq ediləcək
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər