Bakı-Qazax yolunda avtomobillərin hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək
sizinxeber.az xəbər saytı

Bakı-Qazax yolunda avtomobillərin hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək


Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində aparılacaq təmir işləri ilə bağlı sabahdan avtonəqliyyat vasitələrinin hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək.

"Sizinxeber.az" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, müvəqqəti dəyişiklik təmir işləri başa çatana qədər qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Bakı-Qazax yolunda avtomobillə hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq
Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq
Bakıda bu yollardan biri beş gün bağlı olacaq - RƏSMİ
Bakı-Şamaxı avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Bakı-Ələt-Qazax-Gürcüstan yolunun bir hissəsində təmir işlərinə başlanılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər