Borclunun əmlakının hərracda satılması prosesi tam rəqəmsallaşacaq
sizinxeber.az xəbər saytı

Borclunun əmlakının hərracda satılması prosesi tam rəqəmsallaşacaq


Borclunun əmlakının hərracda satılması prosesi tam rəqəmsallaşacaq.

Bu barədə APA-ya müsahibəsində ədliyyə nazirinin müavini Toğrul Hüseynov bildirib.

Nazir müavini qeyd edib ki, bu proses vaxt itkisinin və əlavə xərclərin qarşısını alacaq: "Əmlakın hərrac yolu ilə satılması prosesi artıq tam rəqəmsallaşır. Kağız üzərində aparılan çoxsaylı yazışmalar, vaxt itkisi və əlavə xərclər aradan qaldırılır. Bu isə əmlakın daha operativ şəkildə və qanuna uyğun formada satışını təmin edir. İştirakçılar – istər ölkə daxilində, istərsə də xaricdə yaşayan şəxslər internet üzərindən elektron hərraclarda iştirak edə bilərlər".

Toğrul Hüseynov əlavə edib ki, bu alıcı sayının artmasına və əmlakın daha yüksək qiymətə satılmasına da kömək olacaq: “Elektron hərrac formatı iştirakçıların sayını ciddi şəkildə artırır, nəticədə əmlakın daha yüksək qiymətə satılması üçün rəqabətli mühit yaradır. Bu şərait həm borclunun, həm də tələbkarın maraqlarına cavab verir”.

Oxşar xəbərlər

İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması qaydası təsdiq edilib
Nazir müavini: Qanunvericiliyə dəyişikliklər icra sistemində vətəndaş məmnunluğunun artırılmasına yönəlib - MÜSAHİBƏ
Azərbaycanda borclunun əmlakının elektron hərracda satılması qaydası təsdiqlənib
İcra prosesində hərraclar tam rəqəmsallaşıb, borclu şəxslərin hüquqları genişlənib
Nazir müavini: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər