Pənahəli xanın nəvəsi: Qarabağda olduğuma görə çox qürurluyam
sizinxeber.az xəbər saytı

Pənahəli xanın nəvəsi: Qarabağda olduğuma görə çox qürurluyam


"Mən Madrid şəhərində yaşayıram. Pənahəli Xanın nəslinin nümayəndəsi kimi Qarabağda olduğuma görə çox qürurluyam".

Bunu APA-ya açıqlamasında Pənahəli xanın dördüncü nəsil nəvəsi Zeynəb Əkbərzadə deyib.

"Həm ulu babamın təməlini qoyduğu şəhəri görmək, həm də burada dövlətimizin keçirdiyi tədbirin iştirakçısı olmaqdan məmnunam. Əminəm ki, bu tədbir mənə yeni dostlar qazandıracaq. Fürsətdən istifadə edib tədbirin təşkilatçılarına öz dərin minnətdarlığımı bildirirəm", - o qeyd edib.

Qeyd edək ki, hazırda Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimi keçirilir.

Oxşar xəbərlər

Pənahəli xanın kötücəsi: Babamın tikdirdiyi şəhərdə olduğum üçün çox qürurluyam
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimi keçirilir
Nazir: Qarabağda tarixi abidələrin inventarlaşdırılması başa çatıb
Prezident İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
Prezident və birinci xanım “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər