Pənahəli xanın kötücəsi: Babamın tikdirdiyi şəhərdə olduğum üçün çox qürurluyam » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
avq
2025
11:30

Pənahəli xanın kötücəsi: Babamın tikdirdiyi şəhərdə olduğum üçün çox qürurluyam

04 avq, 2025
11:30
507

Pənahəli xanın kötücəsi: Babamın tikdirdiyi şəhərdə olduğum üçün çox qürurluyam

Pənahəli xanın kötücəsi Zeynəb Əkbərova babasının tikdirdiyi şəhərdə olduğundan çox qürur duyduğunu bildirib.

O, "Sizinxeber.az"un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında hazırda İspaniyanın paytaxtı Madrid şəhərində yaşadığını söyləyib.

"Mən Pənahəli xanın nəslindənəm. Madrid şəhərində yaşayıram, 19 yaşım var. Bura gəldiyim üçün həm çox həyəcanlı, həm də qürurluyam. Çünki ulu babamın tikdirdiyi bu şəhərdə keçirilən tədbirdən gözləntilərim çoxdur", - Z.Əkbərova qeyd edib.

Qeyd edək ki, Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir. Düşərgədə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı gənc və Azərbaycana dost münasibət bəsləyən xalqlardan olan gənclər iştirak edirlər.

Bizimlə əlaqə saxlayın