Ekoloji təhlükəsizlik qaydalarının pozulmasına qarşı tədbirlər görülüb
sizinxeber.az xəbər saytı

Ekoloji təhlükəsizlik qaydalarının pozulmasına qarşı tədbirlər görülüb


Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxur kütləsinin “Kamaz” və “BMC” markalı iki yük avtomobili ilə daşınması aşkar olunub.
İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etdiklərinə görə həmin yük avtomobillərinin sürücüləri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Xəzər rayonu ərazisində keçirilən tədbir zamanı isə Türkan qəsəbəsinin dəniz sahilində yerləşən bir istirahət mərkəzində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmadığı aşkar olunub.

Ekoloji tələblərin pozulmasına görə həmin obyektin sahibi barəsində də inzibati tənbeh tədbiri tətbiq edilib.

Oxşar xəbərlər

İmişlidə ov edən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq etmələri ilə bağlı tədbirlər görülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöl və Şabranda qanunsuz tikililər sökülüb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xəzərdə brokonyerlik edən şəxslər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər