Çimərlik ərazilərində asayişin qorunması ilə bağlı tədbirlər davam edir - FOTOLENT - VİDEO
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir.
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, isti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.
Tədbirlər çərçivəsində polis naryadları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə əməl olunmasının və sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat verirlər.
Çimərlik ərazilərində asayişin qorunması və ictimai qaydanın təmin olunması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Onlara istirahət etdikləri əraziləri çirkləndirməmək, azyaşlılar üzərində nəzarəti gücləndirmək və üzləşdikləri neqativ hallarla bağlı dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyə olunur.
Tədbirlər zamanı dəniz kənarında insanların sıx olduğu yerlərdə müxtəlif növ nəqliyyat vasitələri idarə edən şəxslərlə də profilaktik söhbətlər aparılır, təhlükəsizlik qaydaları izah edilir.
Qeyd edək ki, bu tipli profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Oxşar xəbərlər
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Polis bayramda gücləndirilmiş rejimdə çalışacaq - VİDEO
Zaqatalada sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunub
DİN ikitəkərli nəqliyyat sürücülərinə müraciət edib- VİDEO
DYP dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı ilə bağlı sürücülərə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













