Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.
DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirlər çərçivəsində polis naryadları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə əməl olunmasının və sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat verirlər.
Çimərlik ərazilərində asayişin qorunması və ictimai qaydanın təmin olunması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Onlara istirahət etdikləri əraziləri çirkləndirməmək, azyaşlılar üzərində nəzarəti gücləndirmək və üzləşdikləri neqativ hallarla bağlı dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyə olunur.
Tədbirlər zamanı dəniz kənərında insanların sıx olduğu yerlərdə müxtəlif növ nəqliyyat vasitələri idarə edən şəxslərlə də profilaktik söhbətlər aparılır, təhlükəsizlik qaydaları izah edilir.
Qeyd edək ki, bu tipli profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Oxşar xəbərlər
Sumqayıtda sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədilə profilaktik tədbir keçirilib
Sumqayıtda sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib
DİN: İstirahət zonalarına əlavə polis əməkdaşları və avtomobillər cəlb edilib
Zaqatalada sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








