Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub
sizinxeber.az xəbər saytı

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub


Quba rayonunun Rustov kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, hərbi xidmətdən məzuniyyətə gələn əsgər, rayonun Rustov kənd sakini 18 yaşlı Bayramov Pərvin Pərviz oğlunu avtomobil vurub.

O müxtəlif dərəcəli xəsarətlər alaraq Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

TƏBİB-dən Sizinxeber.az-ya verilən məlumata görə 2006-cı il təvəllüdlü şəxsə sol qamış sümüyünün qapalı sınığı, 3-4-5-ci qabırğaların sınığı və başın açıq yarası diaqnozu təyin olunub.

Müalicəsi Travmatologiya şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda 16 yaşlı yeniyetməni avtomobil vurub - YENİLƏNİB
Tərtərdə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Qəzaya düşən sürücü Qusar xəstəxanasında ölüb
Naxçıvanda avtomobil yolu keçən qadını vurub - FOTO
Quba Bakı yolunda minik avtomobili aşıb, yaralılar var - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər