Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Sizinxeber.az xəbər verir ki, Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xıdırlı kəndinə 60 ailə - 235 nəfər, Cəbrayıl şəhərinə isə 50 ailə - 199 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Oxşar xəbərlər
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlk köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - VİDEO - YENİLƏNİB 1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Qayıdış: Növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Qayıdış: Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












