Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan xəstəliklərə aydınlıq gətirib
sizinxeber.az xəbər saytı

Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan xəstəliklərə aydınlıq gətirib


Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan xəstəliklərə aydınlıq gətirib.

Nazirlikdən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkə üzrə yoluxucu xəstəliklərlə bağlı səhiyyə müəssisələrinə edilən müraciətlərin sayında nəzərəçarpacaq artım qeydə alınmayıb.

Bildirilib ki, uşaqlarda rast gəlinən hallar əsasən, yüngül simptomlarla müşayiət olunur və qısa müddətdə sağalma ilə nəticələnir:

“Dövlət Sanitariya Nəzarəti müəssisələri epidemioloji durumu daim nəzarətdə saxlayır və zəruri profilaktik tədbirlər görülür.

Valideynlərdən xahiş olunur ki, uşaqların gigiyenası, qidalanması, uzun müddət qızmar günəş altında qalmasına və immun sistemini dəstəkləyən rejimlərinə diqqət yetirsinlər”.

Qeyd edək ki, bir müddətdir uşaqlar arasında yüksək qızdırma, halsızlıq, iştahasızlıq müşahidə olunur.

Oxşar xəbərlər

Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb
Səhiyyə Nazirliyi: Hazırda daha çox A qripi qeydə alınır
Azərbaycanda metapnevmavirusa yoluxma halları qeydə alınmayıb - RƏSMİ
Nazirlik uşaqlar arasında yayılan virus infeksiyasına münasibət bildirib
Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər