sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıda 10 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
DİN BNMİ-nin növbəti əməliyyatı zamanı Bakıda 10 kq narkotik dövriyyədən çıxarılıb.
Bu barədə Sizinxeber.az-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonunda keçirilən növbəti əməliyyat zamanı 1986-cı il təvəllüdlü Emin Səmədov tutulub. Ondan 10 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
E Səmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Abşeronda avtomobildə 19 kq narkotik aşkarlanıb - VİDEO
Astarada keçirilən əməliyyatda 23 kq narkotik aşkar olunub
Qaradağda avtomobildən 14 kq narkotik tapılıb
Bakıda qadının evindən 10 kq narkotik aşkarlanıb - VİDEO
Sabunçuda avtomobildə 29 kq narkotik aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













