Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək


Baş prokuror Kamran Əliyev paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev iyulun 11-də saat 10:00-da Nərimanov rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Nərimanov rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Nərimanov rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Oxşar xəbərlər

Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edəcək
Kamran Əliyev Qaradağ rayonunda qəbul keçirəcək
Baş prokuror Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Qaradağda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər