Bu ərazilərdə saat 10:00-dan işıq olmayacaq
sizinxeber.az xəbər saytı

Bu ərazilərdə saat 10:00-dan işıq olmayacaq




Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Report"un məlumatına görə, sözügedən ərazilərə saat 10:00-dan 12:30-dək Biləsuvarda Əmənkənd qəsəbəsi və rayonun bir hissəsi, saat 10:00-dan 12:00 kimi Cəlilabadda rayonun bir hissəsi, Masallının Həsənli, Xırmandalı, Qarğalıq, Şəhriyar, Kürdabad, Qədirli, Dəlləkli, Köçəri kəndləri aiddir.

Həmçinin saat 10:00-dan 13:00 kimi Lənkəranın Gərmətük, Aşağı Nüvədi, Şilim kəndləri, Yardımlının Gabran və Honovar kəndləri, saat 10:00-dan 12:00-dək Astaranın Kakalos, Kijəbə, Ərcivan, Səncərədi kəndləri, saat 10:30-dan 12:30-dək Lerik rayonunun bir hissəsi və Siyov kəndidə də elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

BAKU.WS

Oxşar xəbərlər

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Babək rayonunun bəzi kəndlərində işıq olmayacaq
Naxçıvanın bəzi küçələrində işıq olmayacaq
Bu gün 10:00-dan bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılacaq
Bu ərazidə su olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər