Azərbaycan və Somali XİN başçılarının görüşü olub
Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, örüşdə, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, bu istiqamətdə atılacaq gələcək addımlar, habelə cari regional vəziyyət müzakirə olunub.
Nazirlər Azərbaycan və Somali arasında siyasi münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər. Hər iki tərəf siyasi dialoqu intensivləşdirməyin, ticarət‑iqtisadi əlaqələri genişləndirməyin, bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, yaşıl enerji, humanitar və təhsil sahələrində əməkdaşlığı dərinləşdirməyin əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov Azərbaycanın İƏT, Qoşulmama Hərəkatı və BMT çərçivəsində Somalinin fəal mövqeyini yüksək qiymətləndirib, İslam dünyasının birliyi naminə qarşılıqlı dəstəyin mühüm olduğunu qeyd edib.
Azərbaycanın humanitar və inkişaf layihələrində, o cümlədən təhsil qrantlarında Somalinin iştirakının vacibliyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanın ASAN xidmət təcrübəsindən Somalinin faydalanmaq niyyəti yüksək qiymətləndirilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycanla Somali arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan hökumət missiyası Somaliyə səfər edib
Ceyhun Bayramov Somali XİN başçısı ilə əməkdaşlığı müzakirə edib - YENİLƏNİB-1
Ceyhun Bayramov İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb
Ceyhun Bayramov Moldovanın XİN-in dövlət katibini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












