Sadiq Əliyev: Ötən il təxminən 400 min nəfər işlə təmin edilib
Əgər 2015–2020-ci illər ərzində 150 min vətəndaş aktiv məşğulluq tədbirləri ilə əhatə olunmuşdusa, 2024-cü ildə bu göstərici təxminən 400 min nəfərə çatıb.
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, cəmi bir il ərzində 400 min vətəndaş aktiv məşğulluq tədbirlərinə cəlb olunub:
"Bu, həm rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi, həm də xidmətlərin insanyönümlü və çevik formada göstərilməsinin nəticəsidir. Sosial müdafiə və məşğulluq sistemində dayanıqlığı təmin etmək üçün həm strateji düşünür, həm də operativ addımlar atırıq. Çünki bilirik ki, güclü məşğulluq sistemi güclü rifah cəmiyyətinin təməlidir".
İdarə Heyətinin sədri qeyd edib ki, təxminən son 8 ildə 2 milyon nəfər məşğulluqla təmin edilib:
"Hazırda 175 istiqamətdə peşə təlimləri həyata keçirilir. 1300-dən çox peşə standartı isə artıq təsdiq edilib. Qeyri-formal məşğulluq istiqamətində də müəyyən tədbirlər həyata keçirilib".
Onun sözlərinə görə, 2025-2027-ci illərdə məşğulluqla bağlı işləri daha da genişləndirmək, yeni həlləri tətbiq etmək əsas çağırışlardan biridir:
"Bu dövr ərzində bizim əsas çağırışımız "Böyük Qayıdış" üzrə dövlət proqramı çərçivəsində özünüməşğulluq proqramlarını həyata keçirməkdir".
Oxşar xəbərlər
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
Bu ilin 11 ayında aktiv məşğulluq tədbirləri ilə əhatə olunanların sayı açıqlanıb
266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Talış kəndinə köçürülən sakinlərdən 40 nəfərin məşğulluğu təmin olunub
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












