Azərbaycan Türkiyə ilə sığorta-pensiya sistemində yeni modelin tətbiqi imkanlarını müzakirə edib
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Bakıda səfərdə olan Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Sosial Təminat Qurumunun (SGK) nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə "Report"a DSMF-dən məlumat verilib.
Bildirilib ki, görüş zamanı DSMF-nin İdarə Heyəti sədrinin müavini Mətin Əsgər nümayəndə heyətinə Fondun fəaliyyət istiqamətləri, son illərdə ölkəmizdə sosial sığorta və sosial təminat sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. O, həmçinin elektron infrastruktur üzərindən vətəndaşlara təqdim edilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi və bu sahədə qarşıya qoyulmuş prioritet hədəflər haqqında danışıb.
Sonra Azərbaycanda sığorta-pensiya sisteminin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə müvafiq aktuar proqnoz modelinin hazırlanması üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə Türkiyə tərəfi mövzu ilə bağlı təcrübələrini bölüşüb və texniki baxımdan faydalı yanaşmalar təqdim edib.
Həmçinin Azərbaycanın pensiya və sosial sığorta sistemi, sosial sığorta gəlirləri və xərclərinin proqnozlaşdırılması ilə bağlı təqdimatlar nümayiş etdirilib.
SGK-nın sosial müdafiə üzrə mütəxəssisi Ferhat Şentürk və sosial müdafiə üzrə mütəxəssis müavini Yiğit Ertuğrul Türkiyədə tətbiq edilən fərdi uçot sistemi, sosial sığorta gəlirləri və xərclərinin proqnozlaşdırılması modelləri barədə təqdimatla çıxış ediblər.
Görüş interaktiv təcrübə mübadiləsi, aktuar modelləşdirmə üzrə əməkdaşlıq və sosial təminat sahəsində strateji biliklərin paylaşılması baxımından əhəmiyyətli olub.
Oxşar xəbərlər
DSMF: On ayda 82 min 513 elektron arayış alınıb
DSMF ilə Səudiyyə Ərəbistanının Sosial Sığorta üzrə Baş Təşkilatı arasında gələcək əməkdaşlıq müzakirə olunub
Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
Bu ilin yeddi ayında 114 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub
DSMF-nin İdarə Heyətinin sədri: Pensiya artımları elektron sistem üzərindən avtomatik ödəniləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












