DSMF-nin İdarə Heyətinin sədri: Pensiya artımları elektron sistem üzərindən avtomatik ödəniləcək
Pensiya artımları pensiyaçıların hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac qalmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir.
"Sizinxeber.az" xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov keçirdiyi brifinqdə səsləndirib.
O bildirib ki, Sərəncamla 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.
Qeyd edilib ki, Prezident İlham Əliyevin yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamı bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da növbəti artımların təmin edilməsinə, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl xarakter alan tədbirlərin bu il də uğurla davam etdirilməsinə imkan yaradır.
Oxşar xəbərlər
Pensiyalar nə qədər artırılıb? - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan pensiya, müavinət və təqaüdlərdə hansı yeni artımların olacağı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvar ayının pensiya artımları nə zaman ödəniləcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Himalay Məmişov: Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvar ayının pensiyalarına edilmiş artımlar fevralda birgə ödəniləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazirdən pensiyalarla bağlı şad xəbər
-
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Şəhidlər xiyabanını ziyarət edib
-
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
-
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
-
Şəhid məzarlarından gitara, çəkmə və hərbi dəbilqə oğurladılar: Saxlanılan şəxslərin GÖRÜNTÜLƏRİ












