Əmək Məcəlləsinə dəyişikliklər ediləcək, saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
sizinxeber.az xəbər saytı

Əmək Məcəlləsinə dəyişikliklər ediləcək, saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq


Hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır.

"Sizinxeber.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi ilə əlaqədar keçirilən konfransda deyib.

O bildirib ki, nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə davamlı tədbirlər görülür:

"Hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklərə, əsasən, məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə vəzifələri olan işçilərə və qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı müddəaların təsbiti və s. məsələlər nəzərdə tutulur".

Oxşar xəbərlər

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Ölkədə saatlıq əmək haqqı tətbiq ediləcək, maaşlar artacaq
Azərbaycanda əmək müqavilələri elektron qaydada bağlanacaq
Əmək müqavilələrinin sayı artıb
Bu il əmək müqavilələri 4 faiz artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər