“YAŞAT” Fondunun 1-ci intellektual marafonu başlayıb
sizinxeber.az xəbər saytı

“YAŞAT” Fondunun 1-ci intellektual marafonu başlayıb


“YAŞAT” Fondunun təşkilatçılığı ilə aprelin 18-də şəhid övladları üçün 1-ci intellektual marafonu start götürüb. 

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilib ki, 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladının cəlb olunduğu layihə aprelin 20-dək davam edəcək.

Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olmaqdır.

Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə və konsert saatları keçiriləcək.

Həmçinin düşərgə iştirakçıları müxtəlif hədiyyə və mükafatlarla təltif olunacaqlar.

Oxşar xəbərlər

Peşəkar Futbol Liqası və "YAŞAT" fondu şəhid övladları üçün layihə həyata keçirib
Şuşada "Yaradıcılıq marafonu" start götürüb
“YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi başlayıb
"YAŞAT" Fondunun rəhbəri: Azərbaycan və Türkiyə şəhid ailələri üzvlərinin qarşılıqlı səfərləri davamlı olacaq
Şəhid övladları üçün keçirilən “Təhsil” yay düşərgəsi başa çatıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər