Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin olması istiqamətində qarşıda duran vəzifələrlə bağlı işəgötürənlərlə növbəti görüş keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirketin”in və "Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi Şirkətin”in ölkəmizdəki filialları və "Körpü-Bina-Tikinti" MMC-nin nümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Böyük Qayıdışa dair Dövlət Proqramının icrası işləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən aktiv məşğulluq proqramlarını diqqətə çatdırıb. O, işəgötürənlərlə sıx əməkdaşlıqda həyata keçirilən bu proqramların getdikcə daha da genişləndirildiyini vurğulayıb.
Görüşdə işğaldan azad olunan ərazilərdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olunması sahəsində görülmüş işlər, bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
Qarabağ və Şərqi Zəngəzurda işəgötürənlərlə görüş keçirilib
Azad olunmuş ərazilərdə əmək qabiliyyətli şəxslərin 86 faizi işlə təmin edilib
ƏƏSMN-in Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamədə dəyişiklik edilib
Azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub
Azad olunmuş ərazilərdə məşğulluğun təmin olunmasında işəgötürənlərlə gələcək əməkdaşlıq müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












