"108" Çağrı Mərkəzinə daxil olan müraciətlərin 15 faizini səsli botlar cavablandıracaq
"108" Çağrı Mərkəzinə daxil olan müraciətlərin ilkin mərhələdə 15 faizi səsli botlar vasitəsilə cavablandırılacaq.
"Sizinxeber.az" xəbər ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi sədrin müşaviri Mehdi Cavadov "Dövlət idarəetməsində data əsaslı qərar qəbul etmə" mövzusunda panel müzakirədə deyib.
Onun sözlərinə görə, agentliyin çağrı mərkəzinə gündəlik 5 min müraciət daxil olur:
"Süni intellektin tətbiqi vasitəsilə ilkin mərhələdə həmin zənglərin 15 faizinin, sonrakı mərhələdə isə 30 faizinin cavablandırılması planlaşdırılır".
M.Cavadov bu prosesdə süni intellekt tətbiqinin hansı müsbət nəticələrə gətirib çıxaracağına da aydınlıq gətirib:
"İlk olaraq səsli botlar vasitəsilə 7/24 xidmət prosesi asanlaşacaq. Gözləmə müddəti və itirilmiş zəng sayı sıfıra endiriləcək. Operatorların səmərəliliyi də artırılacaq. Çağrı mərkəzinin keyfiyyət əmsalı da rahat izləniləcək".
Oxşar xəbərlər
Murad Fətullayev: 2026-cı ilə qədər "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqi genişlənəcək
İqtisadiyyat Nazirliyi I yarımildə Çağrı Mərkəzi ilə 350 minə yaxın müraciət qəbul edib
“ASAN müraciət” İnformasiya Sisteminin ötənilki fəaliyyəti qiymətləndirilib
Ötən il Energetika Nazirliyinin “Çağrı Mərkəzi” 6400-dən çox zəng qəbul edib
Mərkəz rəhbəri: Vətəndaşların 88 %-i “1542” Çağrı mərkəzinin xidmətlərindən razıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












