Əmək Müfəttişliyi Xidməti: Bu il qeyri-qanuni işdən azad edilmiş 57 vətəndaş iş yerinə bərpa olunub
sizinxeber.az xəbər saytı

Əmək Müfəttişliyi Xidməti: Bu il qeyri-qanuni işdən azad edilmiş 57 vətəndaş iş yerinə bərpa olunub


Bu ilin ilk 11 ayında qeyri-qanuni şəkildə işdən azad olunmuş 57 vətəndaş yenidən iş yerinə bərpa olunub.

“Sizinxeber.az”un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Sosial saat” verilişində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövr ərzində 200 mindən çox vətəndaşa haqqı ödənilməyən əmək, məzuniyyət, müavinət və digər vəsaitlərin ödənilməsi həyata keçirilib.

Xidmət rəisi əlavə edib ki, ötən dövr ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətinin qaynar xəttinə 40 min müraciət ünvanlanıb, bunun da xeyli hissəsi elektron imza ilə bağlı olub:

"Artıq hər bir işçi və işə götürən arasında yalnız elektron qaydada əmək müqaviləsi bağlanır. Bu da əmək münasibətlərində kardinal dəyişikliyə səbəb olur. Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətində də yetərincə yenilənmələr olub".

Oxşar xəbərlər

Bu ilin altı ayında 84 min manata yaxın gecikdirilmiş sosial ödənişlərin işçilərə ödənilməsi təmin edilib
Xidmət rəisi: İlin sonuna qədər əməyin mühafizəsi sahəsində 100-ə yaxın standart qəbul ediləcək
Xocalıda işçiləri müqaviləsiz işlədən şirkət və rəhbəri cərimələnib
ƏMAS platformasında e-qaydada artıq 270 mindən çox əmək müqaviləsi imzalanıb
Azərbaycanda əmək müqavilələri elektron qaydada bağlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər