Dövlət Məşğulluq Agentliyi: Bu ilin 10 ayında 9 500-ə yaxın əlilliyi olan şəxs işlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin gözdən əlilliyi olan şəxslərin məşğulluğuna dəstək məqsədilə icra etdiyi “Sosial notlar” layihəsi iştirakçılarına aktivlər təqdim olunub.
Bu barədə "Sizinxeber.az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası, cəmiyyətə inteqrasiya sahəsində tədbirlərin ildən-ilə gücləndiyini bildirib.
O, məşğulluq proqramlarının icrasında bu kateqoriyadan olan şəxslərə üstünlük verildiyini, onlar üçün xüsusi layihələr icra olunduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, bu ilin 10 ayında da Agentlik tərəfindən işlə təmin edilənlərdən 9500-ə yaxını, özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları qurulanlardan 1300 nəfəri əlilliyi olan şəxslər olub. Həmin dövrdə əlilliyi olan 421 şəxs isə peşə hazırlığına cəlb edilib.
“Sosial notlar” layihəsinin də gözdən əlilliyi olan şəxslərin özünüməşğulluq proqramı çərçivəsində öz işlərini qurmalarına dəstək məqsədi daşıdığı bildirilib.
QHT nümayəndələri, layihə iştirakçıları, digər qonaqlar əlilliyi olan şəxslərə yönələn dəstək tədbirlərini, onların özünüməşğulluq proqramı ilə əhatə olunmaları, yaradıcı potensiallarının inkişaf etdirilməsi üçün aparılan işləri yüksək qiymətləndiriblər.
Tədbirdə gözdən əlilliyi olan 18 şəxsə layihə üzrə seçimlərinə uyğun olaraq sintezator, nağara, saz, gitara təqdim edilib.
Oxşar xəbərlər
Bu ilin ilk yeddi ayında 99 min nəfər işlə təmin edilib
Bu ilin 7 ayında əlilliyi olan şəxslərə 64 min reabilitasiya vasitəsi verilib
Özbəkistanla əmək, məşğulluq, sosial müdafiə sahələrində təcrübə mübadiləsi aparılıb
Bu il əlilliyi olan şəxslərə 1500-ə qədər reabilitasiya vasitəsi verilib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












