Əfsanəvi Ronaldinyo “Dəniz Mall”da kimsəsiz uşaqlarla görüşüb - VİDEO
sizinxeber.az xəbər saytı

Əfsanəvi Ronaldinyo “Dəniz Mall”da kimsəsiz uşaqlarla görüşüb - VİDEO


Dünya futbolunun əfsanəvi simalarından biri, Braziliya millisi, “Barselona” və digər məşhur klublarda çıxış etmiş Ronaldinyo “Dəniz Mall” Ticarət Mərkəzində kimsəsiz uşaqlarla bir araya gəlib.

"Report" xəbər verir ki, əfsanəvi futbolçu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi və 1 saylı əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefesiarları ilə görüşüb.

Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş futbolçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam Azərbaycana gəlib.

Foto: Bəşir Əli

Oxşar xəbərlər

Ronaldinyo Bakıya gəldi
Ronaldinyo Bakıda yeniyetmə futbolçularla görüşüb
Braziliyalı futbolçu Ronaldinyo Bakıya gəlib
İtaliyanın Baş naziri Azərbaycana səfərə gəlib
Beş uşaq himayədar ailələrə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər