Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı abadlıq işləri başa çatıb - FOTOREPORTAJ
sizinxeber.az xəbər saytı

Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı abadlıq işləri başa çatıb - FOTOREPORTAJ


Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılan abadlıq və yenidənqurma işləri başa çatıb.

“Report” xəbər verir ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb.

Köhnə döşəmə örtükləri ləğv edilib, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb.

Həmçinin, ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb.

Bundan başqa, müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.

Ərazidən görüntüləri təqdim edirik:

Foto: Bəşir Əli

Oxşar xəbərlər

Prezident Bakı Dəmiryol Vağzalı və "28 May" stansiyasının qarşısındakı yenidənqurma işləri ilə tanış olub - FOTO - YENİLƏNİB
İlham Əliyev Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB
İlham Əliyev Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısında yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Bakı Dəmiryol Vağzalının və metronun 28 May stansiyasının qarşısında aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
Bakının mərkəzində tikinti altına düşən yaşıllıqlar köçürüləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər