Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
sizinxeber.az xəbər saytı

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ


3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən xüsusi nəzarətə götürülüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Qeyd olunub ki, hazırda bununla bağlı araşdırma aparılır, müəssisənin sakinlərinin mənafeyi əsas götürülərək lazımi işlər təmin olunacaq.

Agentliyin yaydığı məlumata əsasən, adıçəkilən müəssisə təxminən bir ay olar hüquqi olaraq SXA-nın idarəetməsindədir: "Tabeliyimizdə olan digər müəssisələrdə olduğu kimi burada da müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, orada qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılır. Mediada iddiası yayılan müəssisənin sakini Ramal Rəsulov isə özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq artıq agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosial psixoloji reabilitasiyası üçün lazımi iş aparılır".

Məlumat üçün bildirək ki, R.Rəsulov həmin müəssisədə uşaqların kamera olmayan yerlərdə - dəhlizdə və tualetdə döyüldüyünü və təhqir edildiyini iddia edib.

Oxşar xəbərlər

Döyüldüyünü deyən uşaq evinin sakini sosial psixoloji reabilitasiyaya cəlb olunub
Döyüldüyünü deyən uşaq evinin sakini başqa müəssisəyə yerləşdirilib
Naxçıvanda Regional DOST Mərkəzi yaxın aylarda açılacaq
Sumqayıtda məktəb direktorunun şagirdlərdən pul tələb etməsi iddiası araşdırılır
Naxçıvanda 5 sosial xidmət müəssisəsi tikiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər