Azərbaycana gətirilmiş ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilib
Ukraynadan Azərbaycana gətirilmiş daha 30 uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə əhatə olunub.
"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, mərkəzdə onlar ilk mərhələdə müayinədən keçirilib.
"Hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib. Emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarına dəstək məqsədilə uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri keçirilib. Onlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. reabilitasiya xidmətləri göstərilir", - qurumdan qeyd edilib.
Həmçinin, 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar üçün asudə vaxtlarının maraqlı keçməsi üçün tarixi yerlərə, muzeylərə ekskursiyalar, stolüstü oyunlar və s. də təşkil olunub.
Oxşar xəbərlər
Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilib
Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar
Ukraynadan daha 34 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib
Ukraynadan daha 30 uşaq Azərbaycana gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












