"Azərenerji” ASC-nin idarə rəisi: Hazırkı tariflər real qiymətdən 13 dəfəyə qədər aşağıdır
Hazırda Tarif Şurasının qərarı ilə istilik təchizatı üçün 1 kv metr üçün 30 qəpik tarif müəyyən edilib.
Sizinxeber.az-nın xəbərinə görə, bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən təşkil edilən “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmədə “Azərenerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev deyib.
Vaqif Tağıyev bildirib ki, mövcud tariflərə əsasən “Azəristiliktəchizat” ASC-yə istilik enerjisinin topdansatışı isə 3 manatdır: “Normativlərdə evlərin sahəsində də fərqlər var. “Xruşşovka”larla yeni tikililər arasında 3 dəfəyə qədər fərq var. Elektrik enerjisinin miqdarına uyğun olaraq, 1 aylıq istilik enerjisinin dəyəri 24-80 qəpik arasındadır. Amma hazırda tariflə 30 qəpik təyin olunub. Hazırkı tariflər real qiymətdən 4-13 dəfə aşağıdır. Hazırda həm elektrik, həm istilik enerjisi sosial tarifdir. Naqif Həmzəyev tariflərin artırılması barədə sual verib. Tarif metodologiyası reallığa uyğun tətbiq edilməlidir, real qiymət mexanizmi qanunda öz əksini tapmalıdır”.
Qeyd edək ki, deputat Naqif Həmzəyev “Azəristiliktəchizat” tariflərin artırılması yolu ilə, yoxsa daha innovativ yanaşma tətbiq edərək gəlirlə işləyən təşkilata çevrilməyi hədəfləyir?” sualını ünvanlayıb.
Oxşar xəbərlər
Azərbaycada təbii qazın yeni tarifləri müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: Yeni qanun binaların istilik təchizatı problemlərinin həllinə kömək edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komitə sədrinin müavini: İstilik təchizatı ilə əlaqədar hər yerdə qazanxanaların quraşdırılması mümkün olmur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











