“Xızı-Abşeron” KES-in bir hissəsi bu ilin yayında istismara veriləcək
sizinxeber.az xəbər saytı

“Xızı-Abşeron” KES-in bir hissəsi bu ilin yayında istismara veriləcək


Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda tikilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) Abşeron (Qobustan) hissəsi bu ilin avqustunda istismara veriləcək.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”unda çıxış edən ACWA Power şirkətinin Azərbaycan və Türkiyə üzrə Baş ölkə meneceri Selim Güven bildirib.

Onun sözlərinə, bütün layihənin bu ilin axırına kimi işə salınması gözlənilir.

"Bu layihənin iki hissəsi var. Biri 80 meqavat, digəri isə 160 meqavat gücündədir. Onları 80 meqavatlıq qruplar şəklində mərhələli olaraq təqdim edəcəyik. İlk 80 meqavatlıq qrup avqust ayında istifadəyə veriləcək", - Selim Güven qeyd edib.

O bildirib ki, daha sonra sentyabr, oktyabr aylarında növbəti mərhələlər həyata keçiriləcək və bütün layihə ilin sonuna qədər tamamlanacaq.

Oxşar xəbərlər

Bu il "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi gözlənilir
Menecer: “ACWA Power” 2025-ci ilin sonunadək Azərbaycanda 240 MVt gücündə KES-i tam istifadəyə verəcək”
“ACWA Power” külək elektrik stansiyasında quraşdırılacaq turbinlərin pərlərini Azərbaycana gətirib
“ACWA Power” Azərbaycanda yeni şirkət yaradıb
 “ACWA Power”in Azərbaycanda “Xızı-Abşeron” KES-in inşasına ayırdığı vəsait açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər