Anton Kosaç: Azərbaycan yaşıl enerji, süni intellekt və infrastruktur sahələrində sürətli irəliləyiş nümayiş etdirir
“Azərbaycan Caspian AI Energy Transition Institute vasitəsilə metan emissiyalarının azaldılmasında süni intellektə əsaslanan texnologiyalar tətbiq edir”.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Boston Consulting Group-un (BCG) İcraçı Direktoru Anton Kosaç deyib.
Onun sözlərinə görə, SOCAR tərəfindən tətbiq olunan “Methane AI” sistemi sənayedə metan sızmalarının holistik idarə olunmasına imkan yaradır.
Bundan əlavə, institut tərəfindən CO2 udulmasını artırmaq üçün yeni molekulların yaradıldığı, bu texnologiyaların isə karbon tutma və saxlama (CCS) layihələrində tətbiqi üçün hazırlandığı bildirilib.
“Azərbaycan artıq süni intellektin imkanlarından iqlim strategiyalarında istifadə edir. Bu, təkcə region üçün deyil, bütün dünya üçün nümunəvi bir yanaşmadır,” – deyə Kosaç əlavə edib.
Kosaç əlavə edib ki, COP29-dan COP30-a keçid dövrü Azərbaycanın ambisiyalarını konkret fəaliyyət planlarına çevirdiyi bir mərhələdir.
Oxşar xəbərlər
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hemant Mistry: Azərbaycan iqlim fəaliyyətinə sadiqliyini nümayiş etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR “Neft Qaz Metan Tərəfdaşlığı”na qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Limanı və “Tiza Green Energy” günəş enerjisi ilə bağlı layihəyə start verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












