AÇG-də neft hasilatının düşməsi sürətini azaltmaq üçün bir sıra tədbirlər görülür
sizinxeber.az xəbər saytı

AÇG-də neft hasilatının düşməsi sürətini azaltmaq üçün bir sıra tədbirlər görülür


"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları yerləşən "Mərkəzi Azəri" platformasında yeni qaz kompressor qurğusunun quraşdırılması planlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib.

Onun sözlərinə görə, bu lahiyə AÇG-də neft hasilatının azalmasının sürətinin azalması və stabilləşdirilməsi tədbirləri çərçivəsində həyata keçiriləcək.

Bildirilib ki, yeni qurğu paylara qazın vurma həcmini artırmağa imkan verəcək.

Qordon Birrell qeyd edib ki, AÇG-də hasilatın sürətini azaltmaq məqsədi ilə bir sıra tədbirlər görülür. Bu tədbirlər sırasında, təzyiqin artırılması üçün paylara daha çox su və qaz vurulur.

Oxşar xəbərlər

"Qarabağ" yatağından ilk neftin çıxarılması 2029-cu ildə baş tutacaq
BP-nin vitse-prezidenti: "Qarabağ" yatağında yaradılacaq infrastruktur AÇG blokunda mövcüd infrastruktura qoşulacaq
"Şahdəniz Kompressiya" layihəsinin quraşdırılacağı platforma Azərbaycanda tikiləcək
"Şəfəq-Asiman" blokunda daha bir quyu qazılacaq
BP: AÇG hasilatın azalmasının qarşısıalınma proqramı bu il hazırlana bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər