BP Xəzərdə 2.9 mlrd. dollarlıq kompressor platformasını məsafədən idarə edəcək obyekt inşa edir
sizinxeber.az xəbər saytı

BP Xəzərdə 2.9 mlrd. dollarlıq kompressor platformasını məsafədən idarə edəcək obyekt inşa edir


BP Xəzərdə 2.9 milyard dollarlıq kompressor platformasını məsafədən idarə edəcək obyekt inşa edir.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu "Bakı Enerji Forumu"nda çıxışı zamanı BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Stüart Şou deyib.

O qeyd edib ki, BP şirkəti Xəzər dənizində növbəti böyük layihəsinə start verir. "Şahdəniz" yatağında kompressor platforması insan iştirakı olmayan obyekt olacaq.

BP rəsmisi bildirib ki, 2.9 milyard dollar investisiya ilə reallaşdırılan bu layihə 2030-cu ilə qədər istifadəyə verilməsi planlaşdırılan əsas infrastrukturlardan biridir. Platforma daimi heyətin yaşamayacağı və bütün əməliyyatların məsafədən idarə olunacağı şəkildə layihələndirilib: “Bu texnoloji yanaşma sayəsində, əməliyyat heyəti təhlükəsiz şəraitdə – sahildə yerləşən idarəetmə mərkəzlərindən platformanı tam şəkildə idarə edə biləcək. Beləliklə, təhlükəsizlik riskləri azalacaq, eyni zamanda xərclərə və insan resurslarına qənaət ediləcək”.

Vitse-prezident bu layihənin Xəzərdə məsafədən idarə edilən energetika obyektlərinin gələcəyi üçün dönüş nöqtəsi ola biləcəyini vurğulayıb. Şirkət məsafədən idarəetmə texnologiyalarını genişləndirərək, regionda enerji hasilatında səmərəlilik və dayanıqlılıq standartlarını yenidən müəyyən etməyi qarşısına məqsəd qoyub.

Oxşar xəbərlər

"Şahdəniz"də tikiləcək yeni platforma 2029-cu ildə istismara veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Şahdəniz"də yeni platforma tikiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Şahdəniz Kompressiya" layihəsinin quraşdırılacağı platforma Azərbaycanda tikiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mərkəzi Azəri" platformasından 20 ildə 152 mln. ton neft hasil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Abşeron” yatağında yeni qaz emalı zavodu inşa ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər