“Abşeron” yatağında yeni qaz emalı zavodu inşa ediləcək
“Abşeron” yatağında yeni qaz emalı zavodu inşa ediləcək.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu "Bakı Enerji Forumu"nda çıxışı zamanı Total Energies şirkətinin Avropanın kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou deyib.
O bildirib ki, yeni zavod “onshore” formatında olacaq, yəni quruda yerləşəcək: "Bu zavodun Abşeron layihəsinin növbəti mərhələsində reallaşdırılması planlaşdırılır. Zavodun layihələndirilməsində əsas məqsəd – sistemin mümkün qədər sadə, səmərəli və kiçik sahədə qurulmasıdır. Total Energies bu yanaşmanı daha öncə İraqda uğurla tətbiq etdi və Azərbaycan üçün də eyni model faydalı olacaq”.
Qeyd edilib ki, layihə karbon izini azaltmağa da xidmət edəcək.
Şirkətin baş vitse-prezidenti qaz emalı zavodunun həm texniki, həm də ekoloji baxımdan müasir standartlara cavab verməsinin hədəfləndiyini qeyd edib. Şirkət artıq bu istiqamətdə planlaşdırma və texnoloji hazırlıq işlərinə başladığını bildirib.
Oxşar xəbərlər
İtaliya şirkəti Azərbaycanda “yaşıl” layihədə iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsəndə qiymətli metal emalı zavodu tam rejimdə işə salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azəriqaz" Gəncə Cihazqayırma Zavoduna media tur təşkil edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan 2026-cı ildə “Kaşaqan” yatağında qaz emalı zavodunu işə salmağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: Qara dənizdəki fəaliyyətimizi biz yeni səviyyəyə qaldırdıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












