Azərbaycan neftinin Çexiyada saxlanılmasına başlanılacaq
Çexiya üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir.
"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”da çıxış edərkən Çex Respublikasının Milli Təhlükəsizlik üzrə Məsləhətçisi Tomas Pojar bildirib.
"Bu sahədə əməkdaşlığın gücləndirilməsində maraqlıyıq ", - Tomas Pojar qeyd edib.
Onun sözlərinə görə, ənənəvi enerji daşıyıcıları hələ uzun illər ölkələrə xidmət edəcək, lakin bərpa olunan enerji sahəsi ilə bağlı bir çox istiqamətdə çox işlər görmək lazımdır.
Tomas Pojar əlavə edib ki, Çexiya Azərbaycan neftinin ikinci ən böyük alıcısıdır: "Bundan əlavə, iki həftədən sonra Azərbaycan neftinin Çexiyanın rezervuarlarında saxlanılmasına başlanılacaq".
Oxşar xəbərlər
Bakıda 30-cu yubiley “Baku Energy Week” öz işinə başlayıb
XİN: Azərbaycan NATO ilə siyasi cəhətdən fəal əməkdaşlığa üstünlük verir
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb
Macarıstan səfiri: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır
Çexiya əks-kəşfiyyatının rəhbəri qlobal münaqişə təhlükəsi barədə xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













