DGK ümumi idxalın 50%-ə yaxın artmasının səbəbini açıqlayıb
2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana ümumi idxalın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 48.8 % artaraq 8 132,9 milyon ABŞ dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həcminin 2 667,9 milyon ABŞ dolları və ya 48,8% həcmində artımı qeyri-monetar qızılın həcmi ilə bağlıdır.
Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, cari ilin yanvar-aprel aylarında qeyri-monetar qızılın idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,6 dəfə artaraq 2 527,3 milyon ABŞ dolları təşkil edib. Qeyri-monetar qızılın idxalı nəzərə alınmadan idxalın həcmi 5 605,6 milyon ABŞ dolları təşkil etməklə 8,4% artıb, xarici ticarətdə isə 3 179,1 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranmış, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artım deməkdir.
Oxşar xəbərlər
Azərbaycanın idxalında azadolmaların həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu il idxal rüsumundan azadolmaların həcmi 5 milyard dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana idxal edilən düyü 14% bahalaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
I rübdə Azərbaycanda dövlət sektorunun idxalı 5 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bankların nağd ABŞ dolları alqı-satqısının həcmi 23%-dən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












