Türkiyə Rusiya ilə yeni AES-in tikintisi ilə bağlı danışıqlar aparır
sizinxeber.az xəbər saytı

Türkiyə Rusiya ilə yeni AES-in tikintisi ilə bağlı danışıqlar aparır


Türkiyə Rusiya da daxil olmaqla bir sıra ölkələrlə ikinci və üçüncü atom elektrik stansiyasının tikintisi layihələri ilə bağlı danışıqlar aparır.

Sizinxeber.az-Economics”in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.

Türkiyənin ilk nüvə stansiyası olan “Akkuyu” ilə bağlı (Rusiya tikir - red.) işlərin davam etdiyini bildirən nazir, tikintisi planlaşdırılan ikinci və üçüncü nüvə stansiyaları ilə bağlı da açıqlamalar verib.

“Rusiya, Cənubi Koreya və Çin ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi layihələrinə maraq göstərir. Onlarla yanaşı başqa ölkələr və şirkətlər də var ki, onlarla görüşlər aparırıq. Bunlardan biri də Kanadanın “Candu” şirkətidir”, - Alparslan Bayraktar vurğulayıb.

O qeyd edib ki, son nəticədə Türkiyə üçün ən faydalı olan seçim ediləcək.

Oxşar xəbərlər

Türkiyədə ilk AES-in enerji bloklarının işə salınma tarixləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran səfiri: Moskva ilə AES-lərin tikintisi barədə danışıqlar aparırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: “Akkuyu” AES Türkiyənin enerji ehtiyacının 10%-ni ödəyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Çernobıl Atom Elektrik Stansiyasının sığınacağına PUA zərbəsi endirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Rusiyadan gələn qaz axınına təsir edəcək istənilən qərarın əleyhinədir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər