“Azəriqaz”: Qaz təchizatının fasiləsizliyini 5 qat artırmağı hədəfləyirik
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Azərbaycanda qaz təchizatının fasiləsizliyini 5 qat artırmağı hədəfləyir.
"APA-Economics" xəbər verir ki, bunu “Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev deyib.
“Texniki itkiləri 50%-dən çox azaltmaq, plastik yeraltı qaz xətlərinin tətbiqi ilə şəbəkənin 10000 + kilometrlik hissəsini modernizasiya etmək, müştəri məmnuniyyəti indeksini 1-ci pilləyə yüksəltmək, qaz şəbəkəsini rəqəmsallaşdıdmaqla Dövlət Neft Şirkəti (SOCAR) qrupunda aparıcı innovativ şirkət olmaq, bir kilometr üzrə kapital xərclərini 15%-ə qədər azaltmaq da hədəflərimiz sırasındadır”, - deyə Nail Abdullayev əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda fasiləsiz qaz təchizatı 5 dəfə artırılacaq
Nail Abdullayev: "Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb"
"Azəriqaz" texniki müayinələrə start verib
“Azəriqaz”ın birinci müavini: İşçilərin sağlamlığını qorumaq əsas prioritetimizdir - FOTO
“Azəriqaz” İB daha bir sertifikata layiq görülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













