Nail Abdullayev: "Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb"
sizinxeber.az xəbər saytı

Nail Abdullayev: "Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb"


Azərbaycanda qazlaşma səviyyəsi artıq 97 %-ə çatıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun birinci müavini Nail Abdullayev “Kommunal infrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda çıxışı zamanı bildirib.

N. Abdullayevin sözlərinə görə, “Azəriqaz” hazırda ölkə üzrə 11 regional idarə ilə fəaliyyət göstərir və qurumun illik qaz qəbul və satış həcmi 8,4 milyard kubmetrə çatır:

“Azəriqaz”ın 10 700-dən çox əməkdaşı var və 73 min kilometrdən artıq yeraltı və yerüstü qaz kəmərləri istismar edir. Hazırda 2,6 milyondan çox abunəçiyə xidmət göstəririk”.

O əlavə edib ki, “Azəriqaz”ın əsas məqsədi etibarlı və dayanıqlı əməliyyat bazası yaratmaq, innovativ qaz həlləri təqdim edərək müştərilər, cəmiyyət və ətraf mühit üçün daha yaxşı gələcək formalaşdırmaqdır.

Oxşar xəbərlər

“Azəriqaz”ın Baş direktoru: Azərbaycan qazlaşma səviyyəsi üzrə dünyada birinci yerdədir
Azərbaycanda fasiləsiz qaz təchizatı 5 dəfə artırılacaq
“Azəriqaz”: Qaz təchizatının fasiləsizliyini 5 qat artırmağı hədəfləyirik
Cəlilabadın iki yaşayış məntəqəsində qazlaşma işləri aparılır 
“Azəriqaz”ın baş direktoru Cəlilabadda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər