ABŞ-ın Enerji Resursları Bürosunun nümayəndəsi CQD MŞ-nin iclasında iştirak üçün Bakıya gəlib
sizinxeber.az xəbər saytı

ABŞ-ın Enerji Resursları Bürosunun nümayəndəsi CQD MŞ-nin iclasında iştirak üçün Bakıya gəlib


ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Bakıya gəlib.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, Erik Ceykobs səfəri zamanı hökumət rəsmiləri, enerji sektorundakı liderlər və sahə mütəxəssisləri ilə görüşəcək, enerji təhlükəsizliyinin əhəmiyyətini müzakirə edəcək, ABŞ-ın enerji liderliyini vurğulayacaq və hər iki ölkə üçün enerji bolluğu və daha böyük rifahı ortaya çıxarmaq üçün imkanları araşdıracaq.

Erik Ceykobs, eyni zamanda, cümə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci Nazirlər Toplantısında açılış nitqi ilə çıxış edəcək.

Oxşar xəbərlər

Azərbaycan-ABŞ enerji əməkdaşlığı genişləndirilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Macarıstan Avropada enerji təhlükəsizliyi məsələsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fatih Birol: 2030-cu ilə qədər qlobal enerji tutumu 2,7 dəfə artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Trans-Xəzər və Qafqaz Yaşıl Enerji Dəhlizi layihəsi Gürcüstan və Avropanın enerji müstəqilliyi üçün vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər