Azərbaycanda avtomobil yanacağı istehsalı artıb - CƏDVƏL
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 029,1 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, neft məhsullarından qazoylların (dizel yanacağının) istehsalı 19,2%, ağ neft istehsalı 18,3%, avtomobil benzini istehsalı 3,3 faiz artıb.
Hesabat dövründə ölkədə neft koksunun istehsalı 6,4%, neft bitumu istehsalı 8,1%, sürtkü yağları istehsalı isə 31,9% azalmışdı.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
|
Məhsul növləri | 2025-ci ilin yanvar-fevral ayları | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.03.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Avtomobil benzini, min ton | 257,1 | 103,3 | 84,5 |
| Ağ neft, min ton | 121,5 | 118,3 | 30,8 |
| Qazoyllar (dizel yanacağı), min ton | 457,3 | 119,2 | 195,4 |
| Mazut, min ton | 33,1 | - | 3,2 |
| Sürtkü yağları, min ton | 6,2 | 68,1 | 6 |
| Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
131,8 |
95,4 |
41,1 |
| ondan: neft bitumu, min ton | 29,5 | 91,9 | 15,7 |
| neft koksu, min ton | 37,9 | 93,6 | 20,6 |
Oxşar xəbərlər
Azərbaycanda sənaye istehsalı 2 %-ə yaxın azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda benzin və dizel istehsalı artıb - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda benzinin istehsalı artıb, dizelin isə azalıb - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda avtomobil yanacağının istehsalı azalıb - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












