SOCAR-ın iştirakçı olduğu konsorsium Aralıq dənizində qaz axtarışını İsraillə razılaşdıracaq
SOCAR Britaniyanın BP və İsrailin “NewMed Energy” şirkətləri ilə konsorsiumda İsrailin Aralıq dənizindəki zonasında təbii qazın kəşfiyyatı planını yaxın iki həftə ərzində İsrailin Energetika və İnfrastruktur Nazirliyi (lə razılaşdıracaq.
Bu barədə “APA-Economics” İsrailin “Globes” iqtisadi nəşrinə istinadən xəbər verir.
Məlumata görə, yaxın iki həftə ərzində tərəflər I-6 zonasında qaz kəşfiyyatı üzrə iş planını imzalayacaqlar.
Qeyd olunur ki, 2026-cı ilin oktyabr ayına qədər konsorsium ən azı lisenziyalı ərazilərdən birində qazma işlərini özündə əks etdirən planı, həmçinin neft üzrə komissarı tərəfindən təsdiq edilməli olan əlavə iş proqramını təqdim etməlidir.
Bildirilir ki, 2023-cü ilin oktyabrında keçirilən tender nəticəsində SOCAR, “NewMed” və BP-dən ibarət konsorsium I-6 zonasında bu işləri yerinə yetirmək üçün İsrailin Energetika və İnfrastruktur Nazirliyindən lisenziya alıb. Layihənin operatoru kimi SOCAR seçilmişdir. Layihənin daha əvvəl həyata keçirilməsi nəzərdə tutulmuşdu, lakin regionda münaqişənin kəskinləşməsi ilə əlaqədar təxirə salınmışdı.
Bu layihəyə ilə yanaşı, SOCAR 2025-ci il yanvarın 31-də Aralıq dənizinin ən böyük dəniz qaz yataqlarından biri olan “Tamar” layihəsində 10% pay almasına dair “Union Energy” ilə müqavilə bağladığını elan edib.
Oxşar xəbərlər
SOCAR Aralıq dənizində ən böyük qaz yataqlarından olan "Tamar" layihəsində 10% pay alıb - YENİLƏNİB
SOCAR “Tamar” layihəsində iştirak payı alıb
Blinken Misir prezidentinə İsrailin kompromis planını qəbul etdiyini açıqlayıb
AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
SOCAR-ın Türkiyədəki NEZ-nin istehsalat gücü artırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













