Gəncə şəhərində Sənaye Parkının yaradılması prosesinin sürətləndirilməsi istənilib
Gəncə Azərbaycanın ikinci böyük şəhəri olmaqla yanaşı, mühüm logistika və sənaye mərkəzinə çevrilə bilər.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov bildirib.
Müşfiq Cəfərov deyib ki, Prezident İlham Əliyev Gəncə şəhərini hər zaman diqqət mərkəzində saxlayır və şəhərin inkişafı istiqamətində mütəmadi olaraq müvafiq fərmanlar və sərəncamlar imzalayır: “Bu sənədlərdən biri də 2024-cü ildə imzaladığı Gəncə şəhərində Sənaye Parkının yaradılmasıyla bağlı fərmandır. Gəncə Sənaye Parkı şəhərin sosial-iqtisadi inkişafına böyük töhfə verə biləcək strateji bir layihədir. Gəncə Sənaye Parkının yeni iş yerlərinin və məşğulluq artımına şərait yaratmaqla yanaşı, yerli istehsalın və sənayenin inkişafına böyük töhfəsi olacaq. Xüsusilə yeni investisiyaların cəlb olunması, sərmayələrin qoyulması şəhərin iqtisadi potensialını daha da artıracaq. Bununla da Gəncə Azərbaycanın ikinci böyük şəhəri olmaqla yanaşı, mühüm logistika və sənaye mərkəzinə çevrilə bilər. Bu səbəbdən layihənin reallaşdırılmasıyla məşğul olan İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyindən layihənin ən qısa müddətdə reallaşdırılmasını xahiş edərdik”.
Oxşar xəbərlər
Niyazi Bayramov Gürcüstanın Gəncədəki yeni Baş konsulu ilə görüşüb
Gəncədə 10 200 ədəd ağac əkilib - FOTO
Sumqayıtın 75 illik yubileyinə həsr olunmuş sənaye sərgisi keçirilib - FOTO
Mikayıl Cabbarov: Gəncədə sənaye zonası yaradılacaq
FHN Gəncə şəhərində seminar-müşavirə keçirib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













