BP-nin ötən il AGT regionu üzrə xərcləri 1,5 mlrd. dolları ötüb
Ötən il BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 396 müəssisə) xərcləri 1 516,2 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 2% azalma deməkdir.
Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 645,3 mln. dollar xərcləyib.
Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (88 şirkət üzrə) 349,9 mln. dollar xərcləyib. Bundan başqa, həmin dövrdə BP-nin 260 kiçik və orta müəssisə üzrə xərcləri 472,9 mln. dollar, 34 dövlət şirkəti üzrə xərcləri isə 48,1 mln. dollar təşkil edib.
Oxşar xəbərlər
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərclərinin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər ötən il kəskin artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Şahdəniz”ə bu il 1,7 mlrd. dollara yaxın vəsait xərclənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Şahdəniz” yatağına ötən il 3 mlrd. dollara yaxın xərc çəkilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












