sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan fevralda “OPEC+” kvotasından 75 min barel geri qalıb
Cari ilin fevral ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub.
Energetika Nazirliyindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, hasil olunan həcmlərin 476 min barelini xam neft, 122 min barelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan fevral ayında "OPEC+" çərçivəsində kvotasından 75 min barel geridə qalıb.
Oxşar xəbərlər
ABŞ qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib
Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalı 11%-dən çox artıb
Azərbaycanda illik inflyasiya 1.3%-ə enib
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib
Dünya bazarlarında neft bahalaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













