ABŞ dünya bazarlarında neftin qiyməti üzrə proqnozunu yüksəldib
sizinxeber.az xəbər saytı

ABŞ dünya bazarlarında neftin qiyməti üzrə proqnozunu yüksəldib


ABŞ Energetika Nazirliyi 2024-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 82,42 dollardan 87 dollaradək endirib.

"Sizinxeber.az-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2024-cü ildə WTI markalı neftinin qiyməti 82,15 dollar (öncəki proqnoz – 77,68 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Bununla yanaşı, qurum 2025-ci il üçün “Brent” və WTI neft markalarının qiymətləri üzrə proqnozunu da açıqlayıb. Belə ki, EIA gələn il “Brent”ın qiymətinin 84,8 dollar (öncəki proqnoz – 79,48), WTI-ın isə 80,3 dollar (öncəki proqnoz – 74,98) səviyyəsində olacağını ehtimal edir.

Hesabatda qeyd olunur ki, 2023-cü ildə “Brent”neftin orta qiyməti 82,41 dollar, WTI markalı xam neftin bir barelinin orta qiyməti isə 77,58 dollar səviyyəsində olub.

Oxşar xəbərlər

Dünya bazarlarında neftin qiyməti azalıb
ABŞ qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib
Dünya bazarlarında neft bahalaşıb
Azərbaycan neftinin qiyməti 86 dolları ötüb
Azərbaycan neftinin qiyməti 85 dolları ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər