Azərbaycan neftinin ortamüddətli dövrdə qiymət ssenariləri açıqlanıb - CƏDVƏL
- 18-11-2024, 11:00
- İqtisadiyyat / Sənaye və energetika
- 0
- 727
Baza ssenariyə əsasən, gələn il üçün Azərbaycanın dövlət büdcəsi layihəsində 2026-2028-ci illər üçün xam neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb, bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 10 dollar azdır.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.
Qeyd edək ki, bu il üçün qeyd olunan göstərici 75 dollar, gələn il üçün isə 70 dollar səviyyəsində proqnozlaşdırılıb.
“Neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində və ixrac daxilolmalarında xüsusi çəkisinin hələ də yüksək olması neft-qaz qiymətlərinin aşağı düşməsı və hasilatın azalması risklərinin hər zaman nəzərə alınmasını tələb edir. Bu baxımdan, hazırda dünyada gedən geosiyasi proseslər və iqtisadi trendlər fonunda enerji daşıyıcılarının qiymətinin dəyişməsinin icmal və dövlət büdcəsinə mümkün təsirlərinin təhlili xüsusi əhəmiyyət kəsb edir”, - sənəddə qeyd olunur.
Bildirilir ki, ortamüddətli dövrü əhatə edən 2025-2028-ci illər üzrə icmal və dövlət büdcəsi parametrləri neft və təbii qaz sektorunda hasilat proqnozları, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarə edilməsindən təxmin edilən gəlirlilik faizi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş xam neftin və təbii qazın müxtəlif qiymət ssenariləri əsasında hazırlanıb.
Xam neftin ortamüddətli dövrdə dünya bazarlarında orta satış qiyməti ssenariləri üzrə cədvəl (ABŞ dolları/barel):
| Ssenarilər (illər üzrə) | 2025 | 2026 | 2027 | 2028 |
| Optimist | 80 | 75 | 75 | 75 |
| Baza | 70 | 65 | 65 | 65 |
| Pessimist | 60 | 55 | 55 | 55 |


width="220" alt="Növbəti il dövlət büdcəsində neftin ixrac qiyməti 70 dollar proqnozlaşdırılır" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />