“AzerGold”da korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə seminarı keçirilib
“AzerGold” QSC-də Səhmdar Cəmiyyətinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə üzrə uyğunluğun təmin edilməsi” mövzusunda maarifləndirmə seminarı keçirilib.
“AzerGold”dan “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, seminar “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində təşkil olunub. Antikorrupsiya davranış modelinin formalaşdırılması və bu sahədə savadlılığın artırılması, korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsi məqsədilə keçirilən seminarda Cəmiyyətin aparatında çalışan və bütün struktur bölmələri təmsil edən əməkdaşlar iştirak edib.
Seminar zamanı təlimçilər tərəfindən "AzerGold" QSC-nin Korrupsiyaya qarşı mübarizəyə dair siyasəti əməkdaşların diqqətinə çatdırılıb, eləcə də korrupsiyanın mənfi təsirləri, onunla mübarizənin vacibliyi və effektiv üsulları barədə ətraflı məlumatlar verilib, yerli və beynəlxalq təcrübələrə əsaslanan nümunələr əsasında müzakirələr aparılıb. Seminar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində məlumatlılığın artırılması və maarifləndirmə tədbirlərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işlərdən bəhs olunub, gələcəkdə icrası nəzərdə tutulan tədbirlər haqqında danışılıb. Sonda əməkdaşları maraqlandıran suallar cavablandırılıb, seminar sual-cavab formatında davam etdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinə şərait yaradır. Eyni zamanda, Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, dövlət qurumların fəaliyyətində şəffaflığın artırılmasına və korrupsiyanın ifşa edilməsində effektiv nəzarət mexanizmlərin tətbiqinə xidmət edir.
Oxşar xəbərlər
ETN əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının VI Plenar İclasının açılış mərasimi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bricit Strobel-Şou: Korrupsiyaya qarşı mübarizə üçün hər şeyi etməliyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












